← Siyahıya Qayıt

Nicat Əliniyaz oğlu Əliyev

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2022-12-01
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Nicat Əliniyaz oğlu Əliyev – Müsəlman Birliyi Hərəkatının üzvü Həbs tarixi: 1 dekabr 2022 İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə.

2022-ci il dekabrın 1-də Nicat Əliyev Masazır kəndindəki evinin yaxınlığında mülki şəxslər tərəfindən saxlanılaraq icazəsiz və şahidlər olmadan naməlum istiqamətə aparılıb.

Daha sonra yaxınları onun narkotik saxlamaq ittihamı ilə polis tərəfindən həbs edildiyini öyrənib.

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 2 dekabr 2022-ci il tarixdə Nicat Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan bir neçə dəfə uzadılıb Hökm: 22 sentyabr 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü il dekabrın 13-də Bakı Şəhər Apellyasiya Məhkəməsi Nicat Əliyevin apellyasiya şikayətinə baxaraq onun cəzasını 4 ilədək azaldıb.

Saxlanılan yer: Bakı şəhəri, Nərimanov rayonundakı 10 saylı Cəzaçəkmə Müəssisəsi

Oxşar Profillər