Son Xəbərlər

20.10.2026

Berlində Azərbaycandakı hicab məhdudiyyətlərinə qarşı aksiya keçirilib

Almaniyanın paytaxtı Berlində Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərlə bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz aksiyası və yürüş keçirilib. Aksiya oktyabrın 18-də Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyinin təşkilatçılığı ilə Berlinin mərkəzində baş tutub. Tədbirə müxtəlif ölkələrdən və müsəlman icmalarından olan şəxslərin də qatıldığı bildirilir.  Aksiya iştirakçıları dini etiqad azadlığının təmin olunmasını, hicablı şagirdlərin məktəbə buraxılmasını və […]

Ətraflı oxu →
16.10.2026

Məktəblərdə hicab məhdudiyyətinə etiraz edən Şahizər Hüseynovanın 4 aylıq həbs edildiyi bildirilir

İctimai fəal Şahizər Hüseynovanın həbs edildiyi bildirilir. Bu barədə onun həyat yoldaşı, Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb. Ağa Hüseynovun sözlərinə görə, o, polis əməkdaşı ilə danışıb və ona Şahizər Hüseynova barəsində 4 aylıq həbs qərarı verildiyi bildirilib.  Şahizər Hüseynova son günlər Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərlə bağlı tətbiq […]

Ətraflı oxu →
16.10.2026

Hicab etirazından sonra Nardaranda güc nümayişi: maskalı polis, saxlanılanlar və informasiya qaranlığı

Məktəblərdə hicablı şagird və müəllimlərə tətbiq edilən məhdudiyyətlər ətrafında gərginlik davam edərkən Bakının Nardaran qəsəbəsində polis nəzarətinin kəskin şəkildə artırıldığı bildirilir. Nardaran sakinlərinin verdiyi məlumata görə, oktyabrın 16-da səhər saatlarından qəsəbəyə çoxsaylı polis qüvvələri, o cümlədən maskalı əməkdaşlar cəlb olunub. Sakinlər evlərdə və küçələrdə saxlanmaların həyata keçirildiyini desələr də, neçə nəfərin tutulduğu, onların hara aparıldığı […]

Ətraflı oxu →
13.10.2026

Qadını polis bölməsindən Avropanın palçıqlı meşələrinə sürükləyən sistem

Bir qadının öz ölkəsində təhlükəsizlik tapa bilməyib həyatını riskə ataraq sərhədləri aşması hakimiyyətin vətəndaşa münasibətini göstərən ağır mənzərədir. Xanım Mustafayevanın danışdıqları isə ciddi araşdırma və ictimai cavab tələb edir. Xanım Mustafayevanın bildirdiyinə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə “protokol pozuntusu” bəhanəsilə dəvət edildikdən sonra təhqir, hədə-qorxu, psixoloji və fiziki zorakılıqla üzləşib. O, polis […]

Ətraflı oxu →
11.10.2026

Azərbaycanda hicab mübahisəsi yenidən gündəmdə: şagird və müəllimlərin hüquqları ilə bağlı suallar yaranır Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqları Bürosunun (ODIHR) təşkilatçılığı ilə keçirilən İnsan Ölçüsü üzrə İllik Konfrans fonunda Azərbaycanda hicablı şagird və müəllimlərin vəziyyəti yenidən müzakirə mövzusuna çevrilib. Oktyabrın 5-dən 15-dək davam edən Varşava İnsan Ölçüsü Konfransı ATƏT regionunda insan […]

Ətraflı oxu →
11.10.2026

Varşavada Azərbaycan hakimiyyətinə etiraz: Anar Məmmədliyə azadlıq tələb edildi Varşavada Azərbaycan hakimiyyətinin nümayəndəsinin çıxışına etiraz edildi. Çünki insan hüquqlarından danışılan bir platformada hüquq müdafiəçilərinin səsi susdurulmamalı, onların tələbləri görməzdən gəlinməməlidir. Oktyabrın 5-də ATƏT-in İnsan Haqları Ölçüsü konfransında İnsan Haqları Evi Fondunun təmsilçiləri Azərbaycan hakimiyyətindən saxta ittihamlarla 13 il həbs cəzasına məhkum edilən hüquq müdafiəçisi Anar […]

Ətraflı oxu →
25.09.2026

Bəhruz Səmədov Ali Məhkəmədə özünə xəsarət yetirdi: kassasiya şikayəti təmin olunmadı

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov sentyabrın 25-də Ali Məhkəmədə keçirilən proses zamanı özünə xəsarət yetirib. Məlumata görə, məhkəmə iclasında elan edilən fasilə zamanı Səmədov sağ qoluna bir neçə yerdən xəsarət yetirib. O, bu addımını qanunsuz hesab etdiyi həbsinə və saxlanma rejiminin ağırlaşdırılmasına etirazla əlaqələndirib. Prosesin sonunda Bəhruz Səmədovun kassasiya şikayəti təmin […]

Ətraflı oxu →
21.09.2026

Tofiq Yaqublunun həbsxanada təzyiqlərlə üzləşdiyi bildirilir

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir. Bu barədə siyasətçinin qızı Nigar Həzi sentyabrın 21-də sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, atasının həbsxanadakı vəziyyəti getdikcə ağırlaşır və ona qarşı təzyiqlər artır. “17 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublunun həyatı dözülməz, yaşanmaz həddə çatdırılıb. Təzyiqlər […]

Ətraflı oxu →
21.09.2026

Ramiz Mehdiyev və Eldar Əmirov hakim qarşısına çıxarıldı

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun sabiq köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və prosessual hüquqları izah olunub. Məhkəmə işin mahiyyəti üzrə baxışa verilməsi barədə qərar qəbul edib.  Ramiz Mehdiyev […]

Ətraflı oxu →
21.09.2026

Umbakı həbsxanasında iki məhbusun döyüldüyü iddia olunur

Umbakı Qapalı Həbsxanasında saxlanılan Vüqar Eldarov və Müsəlman Birliyi Hərəkatının üzvü Vəli Allahverdiyevin müəssisə rəhbərliyi tərəfindən zorakılığa məruz qaldığı bildirilir. Bu barədə məhbusların yaxınları məlumat veriblər. Vəli Allahverdiyevin ailəsinin sözlərinə görə, o, 9 qadın jurnalist və 6 inanclı qadının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirdiyi dövrdə cərimə kamerasına salınıb. Ailə iddia edir ki, Allahverdiyev […]

Ətraflı oxu →