Əlixan Rəcəbli – Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Həbs olunma tarixi: 7 yanvar 2026-cı il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda (miqdarda) əldə etmə və ya saxlama) maddəsi.
2026-cı il yanvarın 7-də Masallı rayon məhkəməsi ibtidai istintaq zamanı Əlixan Rəcəblinin barəsində 3 ay müddətinə azadlıqdan məhrum etmə növündə həbs qətimkan tədbiri seçib.
Saxlanıldığı yer: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanası Nəticə: 2026-cı il yanvarın 7-də AXCP-nin Masallı rayon təşkilatının fəalı Əlixan Rəcəbli narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq polis tərəfindən həbs edilib.
Qondarma ittihamlarla qanunsuz həbsə etiraz olaraq Əlixan Rəcəbli qollarını kəsib. 88 AXCP mətbuat katibi Natiq Ədilovun sözlərinə görə, Rəcəbli sosial şəbəkələrdə yaşadığı rayondakı vəziyyəti fəal şəkildə tənqid edib və bu, yerli hakimiyyəti qıcıqlandırıb.
2025-ci il dekabrın 9-da Rəcəbli partiya yoldaşlarına mesaj göndərərək mülki geyimli polislərin onu izlədiyini bildirib.
O, həbs olunacağını anlayıb və buna görə də polisi təxribata çəkməməyə çalışıb.
Həbsindən bir neçə gün əvvəl Elvin adlı yerli polis əməkdaşı dava salmaq istəyərək Rəcəbliyə zərbələr endirib, lakin Rəcəbli bunun təxribat olduğunu başa düşərək, cavab tədbiri görməyib.
Daha sonra onu sadəcə küçədə həbs etdilər.
QRUP № 4 MİLLİ AZLIQLARIN FƏALİYYƏTLƏRİ – 5 nəfər