← Siyahıya Qayıt

Vüqar Qədirli

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2025-12-12
Həbs Yeri Pre-trial Detention Center № 1 at the Kyurdakhani settlement in Baku City Sabunchu District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Vüqar Qədirli – Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Həbs olunma tarixi: 12 dekabr 2025-ci il İttiham: Azərbaycan Respublikasının partlayıcı maddələri, odlu silahları, onun üçün lazım olan ləvazimatları, ehtiyatları (yalnız lüləli ov silahı və onun döyüş sursatı istisna olmaqla) əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi 228.1.

2025-ci il dekabrın 13-də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ibtidai istintaq zamanı Vüqar Qədirli barəsində 3 ay müddətinə azadlıqdan məhrum etmə növündə həbs qətimkan tədbiri seçib.

Saxlanılan yer: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanası Nəticə: 12 dekabr 2025-ci il səhər saatlarında İmişli rayonundan olan AXCP fəalı Vüqar Qədirli saxlanılıb.

AXCP İmişli rayon təşkilatından verilən məlumata görə, “Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Vüqar Qədirli səhər saatlarında İmişli rayonu ərazisində saxlanılıb.

Əvvəlcə mülki geyimli şəxslər onun işlədiyi kafedə axtarış aparıb, daha sonra evində axtarış aparıblar.

Bundan sonra Vüqar Qədirli naməlum istiqamətə aparılıb”. AXCP-nin mətbuat şöbəsinin müdiri Natiq Ədilovun da qeyd etdiyi kimi, Qədirli rayonda fəal partiya üzvü olub və dəfələrlə həm hakimiyyətin siyasətinə, həm də yaşadığı rayonda rusiyapərəst təbliğata etiraz edib.

Eyni zamanda, N.

Adilov qeyd edib ki, “Məlum olur ki, qərar dekabrın 13-də verilib, ancaq dekabrın 15-də məlum olub”. Partiya üzvləri Vüqar Qədirlinin siyasi motivlərlə təqib edildiyini düşünürlər.

Oxşar Profillər