← Siyahıya Qayıt

İbrahim Hümbət oğlu Hümbətov

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2023-12-11
Həbs Yeri Pre-trial Detention Center № 1 at the Kyurdakhani settlement in Baku City Sabunchu District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

İbrahim Hümbət oğlu Hümbətov – Azerinfo.az saytının rəhbəri Həbs tarixi: 11 dekabr 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 11 dekabr 2023-cü il tarixdə müstəntiqin həbs edilməsi ilə bağlı vəsatətinin təmin edilərək İbrahim Hümbətovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Sonradan istintaq zamanı həbsdə saxlanma müddəti bir neçə dəfə uzadılıb Saxlanılan yer: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanası Nəticə: Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Hümbətov dekabrın 11-də vətəndaşların müraciəti əsasında saxlanılıb.

“Sayt rəhbəri ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatın təkrar olunmaması üçün onlardan pul tələb etməkdə ittiham olunur.

Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”. Lakin hüquq müdafiəçiləri və ölkə vətəndaş cəmiyyəti təmsilçiləri fərqli mövqedədir və iddia edirlər ki, Azerinfo.az saytı bir çox məmurlara qarşı korrupsiya və qanun pozuntusunda ittihamları əks etdirən məlumatlar dərc edir.

Oxşar Profillər