Azərbaycanda muzdla işləyənlərin sayı azalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə muzdla çalışan işçilərin sayında azalma qeydə alınıb.
2026-cı il mayın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin ümumi sayı 1 milyon 792 min 300 nəfər təşkil edib. Bu göstərici 1 aprel 2026-cı il ilə müqayisədə 5 min 300 nəfər və ya təxminən 0,3 faiz azdır. Həmin tarixdə ölkədə 1 milyon 797 min 600 muzdlu işçi qeydə alınmışdı.
Məlumata əsasən, azalma daha çox dövlət sektorunda müşahidə olunub. Aprelin 1-nə dövlət sektorunda 869 min 500 nəfər çalışdığı halda, mayın 1-nə bu rəqəm 862 min 800 nəfərə düşüb. Nəticədə dövlət sektorunda 6 min 700 nəfər azalma qeydə alınıb.
İqtisadçıların fikrincə, belə dəyişikliklər mövsümi optimallaşdırma, struktur islahatları və ya ştatların yenidən qurulması ilə bağlı ola bilər.
