Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında cinayət işi açılıb

Hörümcək 11.06.2026 🕒 2 dəq oxuma

Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı bilet satışı sahəsində qanun pozuntuları üzrə cinayət işi açıldığı bildirilir.

Məlumata görə, bilet satışından məsul olan 4 əməkdaş saxlanılıb. Hadisəyə səbəb kimi Naxçıvan–Bakı reysi üzrə 60 manatlıq biletin 200 manata satılması göstərilir.

“Gündəlik Naxçıvan”ın hava limanındakı mənbəyə istinadən verdiyi məlumata əsasən, saxlanılan şəxslər prezidentin köməkçisi Anar Ələkbərovun xalasına bileti bahalaşdırılmış qiymətlə satmaqda ittiham olunurlar.

Həmçinin iddia edilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin apardığı yoxlamalar zamanı hava limanında bilet satışı sahəsində ümumilikdə 2 milyon manatdan çox vəsaitin mənimsənilməsi və ya qanunsuz dövriyyəsi aşkarlanıb. Bundan sonra hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

Məlumata görə, bilet satışı üzrə məsul şəxslər daha sonra sərbəst buraxılsa da, onlara Naxçıvandan çıxış qadağası tətbiq edilib.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanı 2024-cü ildən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tabeliyinə verilib.

Paylaş:

Əlaqəli Məqalələr