Xəbərlər

AXCP fəalı həbsxanada işgəncəyə məruz qaldığını deyir: Etiraz olaraq dəmir parçası udub

Hörümcək 04.09.2026 🕒 4 dəq oxuma

AXCP fəalı həbsxanada işgəncəyə məruz qaldığını deyir: Etiraz olaraq dəmir parçası udub

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 6 saylı Cəzaçəkmə Müəssisəsində zorakılıq və işgəncəyə məruz qaldığını bildirib.

Elnur Həsənov bu barədə sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətinə baxılarkən danışıb.

Fəalın sözlərinə görə, iyulun 30-dan sonra qapalı tipli həbsxanadan 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və bundan sonra müəssisə əməkdaşları tərəfindən davamlı zorakılığa məruz qalıb.

Həsənov iddia edib ki, işgəncələrin dayandırılması üçün özünə xəsarət yetirməyə məcbur olub. Daha sonra aclıq aksiyasına başladığını və bunun səhhətinə ciddi zərər vurduğunu bildirib.

AXCP fəalı məhkəmədə deyib ki, sentyabrın 2-də həbsxanadakı rəftara etiraz olaraq xaç formasında dəmir parçası udub.

Bakı Apellyasiya Məhkəməsi Həsənovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2 avqust 2024-cü ildə onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Həsənov ittihamı qəbul etmir və həbsinin siyasi motivli olduğunu bildirir.

Fəalın 6 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı iddialarına Penitensiar Xidmətin mövqeyi açıqlanmayıb.

Paylaş:

Əlaqəli Məqalələr