← Siyahıya Qayıt

Əlikram Ehtiram oğlu Namazov

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2026-03-11
Həbs Yeri Pre-trial Detention Center № 1 at the Kyurdakhani settlement in Baku City Sabunchu District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Əlikram Ehtiram oğlu Namazov – Müsəlman Birliyi Hərəkatının üzvü Həbs tarixi: 11 mart 2026-cı il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə.

14 mart 2026-cı il tarixdə Abşeron rayon məhkəməsi Əlikram Namazovun barəsində ibtidai istintaq zamanı 3 ay müddətinə azadlıqdan məhrum etmə növündə həbs qətimkan tədbiri seçib.

O, azyaşlı uşaqla kirayədə yaşayır, çörək pulu qazanmaq üçün mübarizə aparır, səhhətində ciddi problemlər yaranıb.

Buna baxmayaraq, o, narkomaniyaya qarşı təbliğat aparır, gəncləri sağlam həyat tərzinə çağırır, məhkum olunmuş və həbsdə olan dindarların ailələrinə köməklik göstərirdi.

Polis dəfələrlə ona bu işlə məşğul olmamaq barədə xəbərdarlıq etsə də, ictimai fəallığını davam etdirib.

Çiçək Namazovanın sözlərinə görə, oğlu Əlikram Namazov martın 11-dən sonra əlaqə saxlayıb: “Əlikram işə gedərkən Xırdalan şəhərindən polis tərəfindən tutulub.

Dövlətin təyin etdiyi vəkil mənə dedi ki, Əlikramın cibindən narkotik tapılıb, bu mümkün deyil.

Heç vaxt narkotikdən istifadə etməyib, narkomaniyaya qarşı təbliğat aparıb, kirayədə yaşayırıq.

Narkotik alverçiləri bu qədər yoxsulluq içində necə yaşaya bilər?” “Müsəlman Birliyi” Hərəkatının mətbuat xidmətindən verilən məlumata görə, polis Əlikram Namazova işgəncə verərək onu narkotik vasitələrin yayılması ittihamı ilə günahını etiraf etməyə məcbur edib.

Oxşar Profillər