Aslan Məhərrəm oğlu Qasımov – dindar Həbs olunma tarixi: 21 iyun 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə.
2023-cü il iyunun 22-də Astara şəhər sakini Aslan Qasımov barəsində 4 ay müddətinə istintaq təcridxanasına salınıb.
Sonradan istintaq zamanı həbsdə saxlanma müddəti bir neçə dəfə uzadılıb.
12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsi Aslan Qasımovun apelyasiya şikayətinə baxıb və hökm çıxarıb: İttiham tərəfi məhkəmə araşdırması zamanı heç bir tutarlı sübut təqdim etmədiyindən, hakim ittiham tərəfinin əvvəlki maddəsini yeni maddə ilə əvəz edib, 234.1-1 (qanunsuz olaraq narkotik vasitələrin satışı və ya psixotrop maddəni qanunsuz əldə etmə və ya saxlama. şəxsi istehlak üçün zəruri olan məbləği aşmaqla, külli miqdarda törədildikdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin.
Daha sonra Aslan Qasımov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib