DÇ-2026: Türkiyə millisi ilk oyunda Avstraliyaya məğlub oldu
Hörümcək
•
14.06.2026
•
🕒 1 dəq oxuma
Futbol üzrə 2026-cı il Dünya çempionatında Türkiyə milli komandası turnirə məğlubiyyətlə başlayıb.
D qrupunda keçirilən qarşılaşmada Türkiyə yığması Avstraliya seçməsi ilə üz-üzə gəlib. Kanadanın Vankuver şəhərindəki “BC Place Vancouver” stadionunda baş tutan oyunda “ay-ulduzlu” komanda rəqibinə 0:2 hesabı ilə uduzub.
Matçda hesabı 27-ci dəqiqədə Avstraliya millisinin futbolçusu Nestori İrankunda açıb. Qarşılaşmanın 75-ci dəqiqəsində isə Konnor Metkalf fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Beləliklə, Türkiyə millisi DÇ-2026-da ilk görüşündən xalsız ayrılıb.
Qrupun digər oyununda isə ABŞ millisi Paraqvaya böyük hesabla qalib gəlib. Amerikalılar rəqibini 4:1 hesabı ilə məğlub ediblər.


