Lavrov: Ermənistanın KTMT üzvlüyü ilə bağlı addımlar müzakirə oluna bilər
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqları ilə bağlı yaranmış borc məsələsinin təşkilat daxilində müzakirə oluna biləcəyini bildirib.
Lavrov Kazanda keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Ermənistanın iki ildən çoxdur təşkilat büdcəsinə ödəniş etmədiyini qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət KTMT nizamnaməsinə uyğun olaraq müvafiq prosedurların tətbiqi məsələsini gündəmə gətirə bilər. Rusiya XİN rəhbəri həmçinin Ermənistanın təşkilatda iştirak səviyyəsi ilə bağlı əvvəlki mövqelərinə də diqqət çəkib.
Lavrov bildirib ki, mövcud durum təşkilat çərçivəsində qiymətləndirilir və üzv ölkələr Ermənistanla bağlı mümkün addımları nəzərdən keçirə bilər.


