← Siyahıya Qayıt

Dəyanət Çələbi (Çələbiyev)

Həbsdə
Kateqoriya ,
Həbs Tarixi 2025-12-22
Həbs Yeri Pre-trial Detention Center № 1 at the Kyurdakhani settlement in Baku City Sabunchu District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Dəyanət Çələbi (Çələbiyev) – ictimai fəal Həbs olunub: 22 dekabr 2025-ci il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, insan həyatı üçün təhlükəli olan, xuliqanlığa sövqdən ictimai təhlükəli üsulla törədildikdə) maddəsi. 87 Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 24 dekabr 2025-ci il tarixdə qərardad çıxarıb: müstəntiqin həbs edilməsi barədə vəsatəti təmin edilsin və Dəyanət Çələbi barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilsin.

Saxlanılan yer: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanası Nəticə: 2025-ci il dekabrın 22-də sosial şəbəkələrdə hökumətin siyasətini sərt şəkildə tənqid etməsi ilə tanınan 44 yaşlı ictimai fəal, ingilis dili müəllimi Dəyanət Çələbi həbs edilib.

İki gün sonra Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxov istintaq müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərardad çıxarıb.

Lakin ictimaiyyətə yalnız 30 dekabr 2025-ci ildə məlumat verilib.

Həmçinin məlum olub ki, hakimiyyət onu saxta ittihamlarla həbs edib.

Məhkəmədə D.

Çələbi özünü təqsirli bilməyib və müəyyən şəxsin verdiyi yalan ifadə əsasında həbs olunduğunu bildirib.

Həbs olunmasının əsas səbəbi fəalın həbsindən cəmi bir gün əvvəl öz Facebook səhifəsində prezident İlham Əliyevin hakimiyyətinin ölkəni fəlakətə apardığını yazması olub: “Əliyevlər ailəsinin hakimiyyəti ölkəni gücləndirməyib, zəiflədib.

Dövlət təcəssüm etdirilib, xalq marginallaşdırılıb və ölkənin gələcəyi təhlükə altındadır.

Qeyd edək ki, 2025-ci ilin mayında Azərbaycan hakimiyyətinin növbəti tənqidindən sonra Dəyanət Çələbi polisə müqavimət bəhanəsi ilə həbs edilib və 30 sutka inzibati həbs cəzası alıb.

Oxşar Profillər