Mahmudağa Qara oğlu Ağayev – dindar Həbs olunma tarixi: 29 mart 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə.
2023-cü il martın 29-da Astara rayonunun Qızılavar kənd sakini Mahmudağa Ağayev barəsində 4 ay müddətinə istintaq təcridxanasına salınıb.
İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan bir neçə dəfə uzadılıb. Hökm: 5 dekabr 2023-cü il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə hökm çıxarıb.