Müşfiq Cəfərov – dindar Həbs tarixi: 23 mart 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə.
2023-cü il martın 23-də Sabirabad rayonunun Bala Xaşımlı kənd sakini Müşfiq Cəfərov barəsində 4 ay müddətinə istintaq təcridxanasına salınıb.
İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan bir neçə dəfə uzadılıb. Hökm: 27 may 2024-cü il tarixdə Lənkəran Şəhər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Müşfiq Cəfərov təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.