Nicat Niyazi oğlu Cəfərov – dindar Həbs olunma tarixi: 12 may 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə.
2023-cü il mayın 12-də Ağcabədi rayonunun Xındarx kənd sakini Nicat Cəfərov barəsində 3 ay müddətinə istintaq təcridxanasına salınıb.
İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan bir neçə dəfə uzadılıb Hökm: 16 oktyabr 2023-cü il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hakim: Müşfiq Məmmədov 30 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsi Nicat Cəfərovun apellyasiya şikayətinə baxaraq onun cəzasını 4 ilədək azaldıb.
Saxlanılan yer: Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsindəki 17 saylı Cəzaçəkmə Müəssisəsi