← Siyahıya Qayıt

Polad İsrayıl oğlu Aslanov

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2019-06-12
Həbs Yeri Penal Colony № 15 at the Boyuk Shor settlement in Baku City Nizami District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Polad İsrayıl oğlu Aslanov – www.xeberman.com və www.press-az.com saytlarının baş redaktoru Həbs edilib: 12 iyun 2019-cu il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə.

14 iyun 2019-cu il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Polad Aslanovun barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardad çıxarıb.

İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan artırılıb.

Hökm: 16 noyabr 2020-ci il tarixdə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qapalı keçirilib.

2022-ci il fevralın 24-də Azərbaycan Ali Məhkəməsi Polad Aslanovun verdiyi kassasiya şikayətinə baxıb.

İclasda müdafiəçinin vəkili Elçin Sadıqov jurnalistə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Polad Aslanov Məhkəmə qarşısında bildirib ki, həbs olunduqdan sonra 3 il ərzində ona və ailəsinə təzyiqlər olub.

O, Avropa İnsan Haqları Məhkəməsində ədalət axtarmağa cəhd etməmək üçün Ali Məhkəməni ədaləti bərpa etməyə çağırıb.

Məhkəmə Bakı Şəhər Apellyasiya Məhkəməsinin hökmünü qismən dəyişdirərək cəzanı 16 ildən 13 ilə endirib.

2024-cü il noyabrın 4-də Polad Aslanov siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aclıq aksiyası elan edib.

Daha sonra o, saxlanma şəraitinin xeyli ağır olduğu 1 saylı koloniyadan 15 saylı koloniyaya köçürülüb.

Saxlanılan yer: Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsindəki 15 saylı Cəzaçəkmə Müəssisəsi Nəticə: Polad Aslanov özünü təqsirli bilməyib və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib, belə ki, məqalələrində Azərbaycan zəvvarlarını müqəddəs yerlərə gedərkən rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti) əməkdaşlarının adlarını yazıb və qeyd edib. 3

Oxşar Profillər