← Siyahıya Qayıt

Pünxan Kərimli

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2022-01-25
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Pünxan Kərimli – Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Həbs tarixi: 25 yanvar 2022 İttiham: maddələr 234.4.1 (Qanunsuz olaraq bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qabaqcadan əlbir olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, alma, saxlama, daşıma, göndərmə və ya satma)234.1. külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin hazırlanması, alınması, saxlanması, daşınması, ötürülməsi və ya satılması) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Hökm: 27 iyul 2022-ci il tarixdə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şəxs, Narkotiklə Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən tutularaq narkotik maddə saxlamaqla bağlı saxta ittihamla həbs olundu.

Pünxan Kərimli bir müddət Almaniyada yaşayıb, Avropada siyasi mühacirlərin təşkil etdiyi əksər aksiyalarda fəal iştirak edib.

Bir neçə ay əvvəl o, Almaniyadan Azərbaycana deportasiya edilib və 2022-ci il yanvarın 25-də Nərimanov parkının yaxınlığında saxlanılıb.

Oxşar Profillər