← Siyahıya Qayıt

Rüfət Mayılov

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2023-10-22
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Rüfət Mayılov – dindar Həbs tarixi: 22 oktyabr 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə.

22 oktyabr 2023-cü il tarixdə Gəncə şəhər sakini Rüfət Mayılov ibtidai istintaq müddətində 4 ay müddətinə istintaq təcridxanasına salınıb.

İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan bir neçə dəfə uzadılıb. Nəticə: Uzun müddət Rusiyada yaşayan Rüfət Mayılov ata-anasını ziyarət etmək üçün doğulduğu Gəncəyə gəlib.

O, gəlişinin elə ertəsi günü həyat yoldaşı və oğlu ilə birlikdə 163 saylı bazara gedəndə polis əməkdaşları ona hücum edərək qohumlarının gözü qarşısında vəhşicəsinə döyüblər.

Onun həyat yoldaşı, Rusiya Federasiyası vətəndaşı Nataliya Azmanovanın sözlərinə görə, o, hücum edənlərin mülki geyimdə olduqları və özlərini təqdim etmədikləri üçün əvvəlcə quldur olduqlarını düşünüb.

O, qışqırıb köməyə çağıranda məlum olub ki, həmin hücum edənlər Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Şahin Musayevin rəhbərlik etdiyi Gəncə polis əməkdaşlarıdır.

Ərini ən çox döyən o idi.

Bundan başqa, Natalya Azmanova qışqırmağa başlayanda Şahin Musayev ona və 17 yaşlı oğluna hücum edib.

O, oğlunu çətinliklə müdafiə edə bilsə də, əri polis bölməsinə aparılıb.

Oxşar Profillər