Rza Əliabbas oğlu Ələkbərov – ilahiyyatçı Həbs olunma tarixi: 30 yanvar 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə).
2023-cü il yanvarın 31-də tanınmış ilahiyyatçı, Sabirabad şəhər sakini Rza Ələkbərov barəsində 4 ay müddətinə istintaq təcridxanasına salınıb.
İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan bir neçə dəfə uzadılıb Hökm: 13 fevral 2024-cü il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.