← Siyahıya Qayıt

Sübhi Hacıağa oğlu Əliyev

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2023-12-10
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Sübhi Hacıağa oğlu Əliyev – dindar Həbs olunma tarixi: 10 dekabr 2023-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə.

Sübhi Əliyev 2022-ci il dekabrın 10-da Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

13 dekabr 2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ittihamı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya külli miqdarda törətmə) maddəsinə tövsif edib. təcridxana.

Hökm: 25 iyul 2023-cü il tarixdə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsi S.-nin barəsində hökm çıxarıb.

Əliyev: o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli islah müəssisəsində çəkməklə cəzalandırılıb.

Bakı Şəhər Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 19 oktyabr 2023-cü il tarixdə qərardad çıxarıb: müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü qüvvədə saxlanılsın.

Yekun: Birinci instansiya məhkəməsində dindirilən Sübhi Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və razılaşmayan ifadə verib.

Sübhi Əliyev ifadəsində bildirib ki, 2022-ci il dekabrın 9-da fitnes mərkəzindən çıxarkən üç naməlum şəxs ona yaxınlaşıb.

Onun əllərini buruyub, zorla maşına mindirərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər.

Sübhi Əliyev maşında olarkən yumruqlarla döyülərək hansı dinə mənsub olduğunu soruşub.

Sübhi Əliyev cavab verdi ki, heç bir dini qurumun üzvü olmayıb.

Daha sonra ondan namaz qıldığı və Tale Bağırzadə ilə (20 il həbs cəzası almış siyasi məhbus) nə vaxtsa rastlaşıb-görüşmədiyini soruşublar.

S.

Əliyev uzun müddətdir ki, namaz qıldığını, Tale Bağırzadəni heç tanımadığını və onunla əlaqəsi olmadığını deyib.

Buna baxmayaraq, ona özününkü kimi göstərməli olduğu narkotiklə dolu çanta verildi.

S.

Əliyev bunu qəbul etməyib və nəticədə İdarənin əməkdaşları tərəfindən döyülüb.

O, vəhşicəsinə döyülmələr nəticəsində qarnında qançırlar və qabırğa nahiyəsində şişlik yaranıb.

Bundan sonra video çəkiliş aparıblar, bu zaman ona narkotik olan çanta verilib.

İşgəncələrə dözə bilməyən Sübhi Əliyev bunu özününkü kimi etiraf edib.

Oxşar Profillər