← Siyahıya Qayıt

Ülvi Tahirov

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2024-12-06
Həbs Yeri Pre-trial Detention Center № 1 at the Kyurdakhani settlement in Baku City Sabunchu District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Ülvi Tahirov – Bakı Jurnalistika Məktəbinin direktor müavini Həbs olunma tarixi: 6 dekabr 2024-cü il İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, külli miqdarda malların və ya digər predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə).

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 8 dekabr 2024-cü il tarixdə Ülvi Tahirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı həbsdə saxlanma müddəti sonradan artırılıb Saxlanma yeri: Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanası Nəticə: 6 dekabr 2024-cü il tarixində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi Meydan TV-nin 6 əməkdaşını həbs edib.

Bir neçə saat sonra məlum olub ki, Meydan TV-də işləməyən, lakin polisin məlumatına görə, televiziya əməkdaşları ilə əlaqəsi olan daha 6 nəfər həbs edilib.

Onlardan 5-i 24 saat ərzində ifadə verdikdən sonra sərbəst buraxılsa da, jurnalist Ülvi Tahirov nəzarətə götürülüb.

Ülvi Tahirovun vəkili Bəhruz Bayramovun sözlərinə görə, müvəkkilinin Meydan TV ilə heç bir əlaqəsi yoxdur: “Onlar Aynur Elgünəşlə sadəcə dost olublar.

Tahirovun evinə baxış zamanı külli miqdarda pul götürülüb.

Lakin Tahirov pulun mühasib işlədiyi vaxtdan müştərilərindən xidmət haqqı alan həyat yoldaşına məxsus olduğunu deyib.

Tahirov 2022-ci ildən xaricə getməyib”.

Oxşar Profillər