Xəbərlər

Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadıldı

Hörümcək 10.06.2026 🕒 1 dəq oxuma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb.

Bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılmasını əsas gətirərək vəsatəti təmin edib.

Qərara əsasən, Əli Kərimlinin həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla müddəti artırılıb.

Qeyd olunur ki, Əli Kərimli dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur və onun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində davam etdirilir.

Paylaş:

Əlaqəli Məqalələr