Xəbərlər

DÇ-2026: Türkiyə millisinin qrup mərhələsindəki oyunlarının vaxtı məlum oldu

Hörümcək 10.06.2026 🕒 1 dəq oxuma

2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək Türkiyə millisinin qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları açıqlanıb.

D qrupunda mübarizə aparacaq “ay-ulduzlular” ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaq. Türkiyə millisi qrup oyunlarını ABŞ və Kanadadakı müxtəlif stadionlarda keçirəcək.

Türkiyə millisinin DÇ-2026-da qrup mərhələsi üzrə oyun cədvəli (Bakı vaxtı ilə):

  • 14 iyun, 08:00 – Avstraliya – Türkiyə
  • 20 iyun, 07:00 – Türkiyə – Paraqvay
  • 26 iyun, 06:00 – Türkiyə – ABŞ

Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnir ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

Paylaş:

Əlaqəli Məqalələr