Xəbərlər

Mühacirətdə fəaliyyət göstərən aktivistlərin nəzərinə

Hörümcək 27.07.2026 🕒 2 dəq oxuma

Gələn dəfə, işdir birdən sizin də qarşınıza hakimiyyət nümayəndələri çıxsa və sizi sual və ya ittiham atəşinə tutsa, qətiyyən özünüzü itirməyin, birbaşa “Tərtər işi”nin adını çəkin və “Əsgərlərimizi niyə z0rlayaraq öldürdünüz??” ittiham tipli sualı uca səslə səsləndirin.

Vəssalam! Dərhal qulaqlarını tutaraq qaçacaqlar, buna 100% əmin olun! İşləyən sxemdir, şəxsən yoxlamışam, dəfələrlə. Elə bilirsiz AŞPA və ya ATƏT-də mənə yaxınlaşan olmur? Onları bu yolla susdurur və qaçırdıram.

İlham Əliyev hələ bir dəfə də olsun “Tərtər işi” barəsində ağzını açıb danışmayıb. Əgər o danışmayıbsa, Hikmət və ya başqası kimdir ki, ondan danışsın.

Yoxlanmış üsuldur, 100% işləyir!

P.S. “Tərtər işi” barədə bilmirsinizsə, özünü yandıraraq həyatına son qoyan qazilər haqqında ittiham tipli sual verin: “Yüzdən yuxarı qazi özünü yandırıb, bütün bunları korsunuz, görmürsünüz?”. Dərhal qaçacaqlar.

P.P.S. Bu tövsiyyəm onların qarşısında qulaq sallamaqdan 1000 dəfə daha yaxşıdır. Xalqa da pozitiv mesajlar verəcək, həm sual verən, həm də bütövlükdə özünə müxalifət deyənlər barədə.

Paylaş:

Əlaqəli Məqalələr