“Abzas Media” və “Meydan TV” beynəlxalq mətbuat azadlığı mükafatına layiq görüldü
Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyi (IMS) 2026-cı il üzrə mətbuat azadlığı mükafatlarının qaliblərini açıqlayıb.
Azərbaycanın müstəqil media qurumları “Abzas Media” və “Meydan TV” “Azad Media Öncülü” (“Free Media Pioneer”) mükafatına layiq görülüb.
Mükafat azad informasiya mübadiləsinin inkişafına, müstəqil jurnalistikanın dəstəklənməsinə və media sahəsində yeni imkanların yaradılmasına töhfə verən təşkilatlara təqdim olunur.
Bu il mükafatın qalibləri dünyanın müxtəlif ölkələrindən olan media qurumları arasından seçilib. Azərbaycan mediasını təmsil edən “Abzas Media” və “Meydan TV” ilə yanaşı, Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (CLIP) də mükafata layiq görülüb.
Qeyd edək ki, 2026-cı il üzrə “Azad Media Öncülü” mükafatına ümumilikdə 11 media qurumu namizəd göstərilmişdi.


