Xəbərlər

Aynur Elgünəş əməliyyat olunub

Hörümcək • 13.11.2026 • 🕒 2 dəq oxuma

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, cərrahiyyə əməliyyatı bu gün Mərkəzi Gömrük Hospitalında həyata keçirilib.

Aynur Elgünəş bir müddət əvvəl səhhətində yaranmış problemlərlə əlaqədar Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, 2024-cü ilin dekabrında “Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov və Aysel Umudova saxlanılıblar.

Onların barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaq çərçivəsində jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci – qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunublar. Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva), avqustda isə fotojurnalist Əhməd Muxtar barəsində həbs qətimkan tədbiri seçilib.

“Meydan TV işi” üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.

Paylaş:

Əlaqəli Məqalələr