Xəbərlər

İyulun 30-da bir sıra siyasi fəalların məhkəmə prosesləri keçiriləcək

Hörümcək 29.07.2026 🕒 1 dəq oxuma

İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə ictimai-siyasi fəalın işi üzrə məhkəmə iclasları keçiriləcək.

Məhkəmə cədvəlinə əsasən, Seçki Müşahidə Alyansının rəhbəri Bəşir Süleymanlının məhkəmə prosesi saat 11:30-a təyin olunub.

Jurnalist Kenan Basqalın işi üzrə məhkəmə iclası saat 14:15-də keçiriləcək.

Azərbaycan Xalq Partiyasının sədri Namizəd Səfərovun məhkəmə prosesi saat 17:00-da baş tutacaq.

Jurnalist Məmməd Alpayın işi üzrə növbəti məhkəmə iclası isə saat 16:30-a təyin edilib.

Qeyd edək ki, məhkəmə proseslərinin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulur.

Paylaş:

Əlaqəli Məqalələr