Köşə Yazısı

Abid Qafarov: “Qazi məsələsinə seçici yanaşmaq səmimi mövqe deyil”

Hörümcək 31.07.2026 🕒 2 dəq oxuma

Jurnalist Abid Qafarov sosial şəbəkədə etdiyi paylaşımda qazi statusuna münasibətdə seçici yanaşmanın doğru olmadığını bildirib.

O qeyd edib ki, hazırda həbsdə olan Tofiq Yaqublu, Ruslan İzzətli və Hacı Vəliyevin də qazi olduqlarını xatırladaraq, onların niyə eyni həssaslıqla müdafiə olunmadığı sualını ünvanlayıb.

Qafarovun sözlərinə görə, problem ayrı-ayrı şəxslərdə deyil, yalnız müəyyən hallarda qazi statusunu ön plana çıxararaq ictimai mövqe nümayiş etdirənlərdədir. O iddia edib ki, bəzi şəxslər bu mövzudan İslam və dindarlara qarşı mənfi münasibətlərini ifadə etmək üçün istifadə edirlər.

Jurnalist paylaşımında Tərtər hadisələrini də xatırladıb. O bildirib ki, həmin prosesdə çoxsaylı Aprel müharibəsi qazilərinin işgəncələrə məruz qaldığı, sonrakı illərdə isə çox sayda qazinin intihar etdiyi barədə məlumatlar mövcuddur. Qafarov hesab edir ki, həmin hadisələr zamanı susan şəxslərin bu gün qazi mövzusunda nümayiş etdirdikləri həssaslıq inandırıcı görünmür.

Paylaşımının sonunda Abid Qafarov qazi hüquqlarının siyasi və ya ideoloji baxışlardan asılı olmayaraq müdafiə edilməsinin vacibliyini vurğulayıb.

Paylaş:

Əlaqəli Məqalələr