Köşə Yazısı

ƏLİ KƏRİMLİYƏ HƏBSDƏ İŞGƏNCƏ VERİLİR

Hörümcək 23.07.2026 🕒 5 dəq oxuma

Siyasi məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dünya mətbuatında hələ həbsindən əvvəl, azadlıqda başladığı və indi də dayandırmadığı çıxışlar silsiləsində növbəti məqaləsini dərc etdirib. Bu dəfə məqalə dünyanın ən nüfuzlu həftəlik nəşrlərindən biri ABŞ-ın “Newsweek” jurnalında işıq üzü görüb. Az qala bir əsrlik tarixi olan jurnal qlobal gündəmin önəmli güzgüsüdür. Müxalifət liderinin bu məqaləsi Güney Qafqazda yaranan vəziyyəti geosiyasi kontekstdə təhlil edir.

O yazır ki, ABŞ və Avropanın Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək cəhdləri insan haqlarının kütləvi pozulmasını görməzdən gəlmək hesabına olmamalıdır.

Hazırda Güney Qafqazda böyük geosiyasi dəyişikliklər baş verir. Qonşu Ermənistanda iyun seçkilərində qərbpərəst qüvvələri təmsilçisi Paşinyanın qələbəsi regionda Qərblə Rusiya arasında kəskin rəqabətdə Qərbin növbəti uğuru, regionun Qərbə inteqrasiyasının artması deməkdir.

“Bütün bunlar Qərbin regiondakı mövqeyini gücləndirir və regionu Rusiyanın orbitindən çıxarmağa xidmət edir. Lakin Qərbin burada həqiqətən möhkəmlənməsi üçün enerji təhlükəsizliyi ilə yanaşı, öz dəyərləri məsələsi də həlledici rol oynayır. Bu regionda insan hüquq və azadlıqlarının qorunması enerji və təhlükəsizlik qədər vacib müzakirə mövzusu olmalı, onlardan geri qalmamalıdır”.

Əli bəy qeyd edir ki, müxalifət onilliklərlə məhz Qərbə inteqrasiyaya can atıb. Lakin demokratik dəyərlər indiki kimi qərbin enerji maraqlarına qurban verilsə, proses davamlı olmayacaq.

Məqalədə o saxlanma şəraitinin pisləşməsindən və getdikcə artan fiziki-psixoloji təzyiqdən də yazıb. Kamerasına əvvəllər psixiatriya klinikasında müalicə alan və İŞİD üzvü kimi məhkum edilən bir şəxs yerləşdirilib. Psixi durumu yerində olmayan bu məhbus gecə saat 3-dən etibarən yüksək səslə icra etdiyi ayinlərlə Əli bəyi mütəmadi yuxudan məhrum edir.

Yuxusuzluq – vaxtilə Gestapo və NKVD-KQB-nin də istifadə etdiyi bir işgəncə növüdür. İndi isə bu işgəncə ölkənin ən güclü və fəal partiyasının lideri, Prezident Əliyevin siyasi rəqibinə verilir. Ən çox ehtiyat etdiyi rəqibinə.

Azərbaycan həbsxanalarında işgəncələr bir norma halını çoxdan alıb. Həbsdə də susmayan, etiraz və tənqid edən bütün siyasi məhbuslara müxtəlif formalarda işgəncə verilir. Məsələn, Tofiq Yaqublu etiraz aclıq aksiyası keçirəndə onu siqaret çəkən, “lomka” keçirən narkomanlarla bir kamerada saxlayır, xəstələnib ağrıları olanda həkim çağımır, ağrı ilə üz-üzə buraxırdılar. Həbsxanada daxili qanun pozuntusuna etiraz edən “AbzasMedia”, “Meydan TV”, Toplum TV, “Azadlıq” qəzetinin jurnalistləri – Sevinc Vaqifqızı, Ülviyyə Əli, Fatimə Mövlamlı və başqa xanımları itələyir, vurur, qollarını burur, həşərat dolu kameralara saxlayır, hədələyir, təhqir edirlər…

Həbsxanada Əli Kərimlinin əlyazmalarını, hətta özünün məhkəmədə müdafiəsi üçün yazdığı hüquqi qeydləri, materialları, vəkillərin məhkəmə üçün hazırladığı vəsatətləri də müsadirə ediblər ki, dünya mediasına məqalə yaza, özünü müdafizə edə bilməsin. O övladları və həyat yoldaşı ilə görüşməkdən, hətta telefonla danışmaqdan belə məhrum edilib…

Siyasi məhbus iyirmi üç milyonluq auditoriyası olan, bütün dünyada oxunan “Newsweek” jurnalı səhifələrində “Mənimlə məhbus kimi deyil, girov kimi davranırlar” yazıb.

Hakimiyyət elədiklərindən utanmır, çəkinmir, bu üsullarla Əli Kərimlini susdurmaq və iradəsini qırmaq istəyir. Amma görünən odur ki, istədiyinə nail ola bilmir.

Və düşünürəm ki, bilməyəcək də…

Allah özü bütün bizim siyasi məhbuslara və həbsxanada olmasa da, sərhədləri qapalı vətəndə yaşayan məhbus kimi yaşayan insanlara kömək olsun!

SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz Tofiq bəyə zülm edənlərə, zülmə dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.

Dashgin Aghalarli Paşa Umudov İlkin Macid Elmar Piriyev Mobil Bəy Xeyrullayev Yunus Pasha Судейиф Садикли Ebil Hesenov Hesenov Anar Rzayev Latif Qara Musa Nargiz Hashimzade Rimma Yaqublu Айка Хесенли Akif Badirli Murad Sultanlı Elsen Hesimov Latafat Malikova

Elşad İbrahimoğlu Ferhad Atakişiyev Elmar Piriyev Елхан Худийев Fizuli Abdullayev Pərvin Mustafaster Yunis Memmedov Салахаддин Халилов Beyimxanim Rzayeva Maile Bayramova Rustem Eyyubov Xuraman Zakirqızı

Paylaş:

Əlaqəli Məqalələr