DÇ-2026: Türkiyə millisinin qrup mərhələsindəki oyunlarının vaxtı məlum oldu
Hörümcək
•
10.06.2026
•
🕒 1 dəq oxuma
2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək Türkiyə millisinin qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları açıqlanıb.
D qrupunda mübarizə aparacaq “ay-ulduzlular” ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaq. Türkiyə millisi qrup oyunlarını ABŞ və Kanadadakı müxtəlif stadionlarda keçirəcək.
Türkiyə millisinin DÇ-2026-da qrup mərhələsi üzrə oyun cədvəli (Bakı vaxtı ilə):
- 14 iyun, 08:00 – Avstraliya – Türkiyə
- 20 iyun, 07:00 – Türkiyə – Paraqvay
- 26 iyun, 06:00 – Türkiyə – ABŞ
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnir ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.


