Xəbərlər

Hakimiyyət Taleh Bağırzadənin azyaşlı övladlarını da məhkəmə qarşısına çıxarır

Hörümcək 10.09.2026 🕒 3 dəq oxuma

Azərbaycan hakimiyyəti həbsdə olan Müsəlman Birliyi Hərəkatının (MBH) rəhbəri Hacı Taleh Bağırzadənin iki azyaşlı övladını məhkəmə qarşısına çıxarmağa hazırlaşır. Bu addım siyasi məhbusların ailələrinə qarşı təzyiq siyasətinin son dərəcə təhlükəli mərhələyə çatdığını göstərir.

Hakimiyyət bununla növbəti mənəvi sərhədi də keçir. Həbsdə olan bir şəxsin övladlarını məhkəmə prosesinə cəlb etmək güc deyil, siyasi sistemin nə qədər dərin mənəvi böhran yaşadığının göstəricisidir.

Hacı Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaranda keçirilən qanlı polis əməliyyatı zamanı həbs olunub. Daha sonra o, hüquq müdafiəçilərinin siyasi motivli hesab etdiyi məhkəmə prosesi nəticəsində 20 il müddətinə azadlıqdan məhrum edilib. İllərdir onun işi işgəncə iddiaları, prosessual pozuntular və ədalətsiz məhkəmə araşdırması ilə müşayiət olunur.

İndi isə təzyiqin Taleh Bağırzadənin azyaşlı övladlarına qədər uzandığı bildirilir.

Qadınları həbs edən, siyasi fəalların və hökumət tənqidçilərinin ailə üzvlərinə təzyiq göstərən hakimiyyət artıq özünə ən ağır adları qazandırmışdı. Lakin iki azyaşlı uşağın atalarına qarşı aparılan siyasi təqibə cəlb edilərək məhkəmə qarşısına çıxarılması elə bir qəddarlıqdır ki, buna uyğun ad hələ tapılmayıb.

Uşaqlar heç vaxt siyasi təzyiq, qorxutma və intiqam vasitəsinə çevrilməməlidir. Onlar valideynlərinin siyasi və dini mövqelərinə görə məsuliyyət daşımırlar. Dövlətin vəzifəsi uşaqları psixoloji sarsıntıdan və təqibdən qorumaqdır, onları repressiya mexanizminin bir hissəsinə çevirmək deyil.

Bu hadisə yalnız Hacı Taleh Bağırzadə və ya Müsəlman Birliyi Hərəkatı ilə bağlı məsələ deyil. Bu, Azərbaycanda cəzanın artıq hakimiyyətin hədəf seçdiyi şəxslə məhdudlaşmadığını, onun həyat yoldaşına, valideynlərinə və hətta azyaşlı övladlarına qədər uzadıldığını göstərir.

Azyaşlı uşaqlardan belə qorxan bir hakimiyyət öz gücünü deyil, qorxusunu və mənəvi acizliyini nümayiş etdirir.

Bu əmələ hansı adın veriləcəyini bilən varsa, yazsın, biz də bilək.

Heç bir zülm əbədi deyil. Zalımın sonu yaxınlaşır!

Paylaş:

Əlaqəli Məqalələr