← Siyahıya Qayıt

Niyaməddin Əhmədov

Həbsdə
Kateqoriya
Həbs Tarixi 2020-04-16
Həbs Yeri Penal Colony № 12 at the Buta settlement in Baku City Qaradaq District
Bölgə
Paylaş:

Bioqrafiya və Detallar

Niyaməddin Əhmədov – Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Həbs tarixi: 16 aprel 2020 İttiham: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 maddəsi (Terrorçuluğu maliyyələşdirmə) Hökm: 8 oktyabr 2021-ci il tarixdə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Qaradaq Rayonu Nəticə: 16 aprel 2020-ci il tarixdə Niyaməddin Əhmədov “karantin tədbirlərini pozduğuna və polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə” 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası xüsusi bəyanatla çıxış edərək bildirib ki, inzibati həbs zamanı 45 nəfər N.

Əhmədov Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından çıxarılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasına yerləşdirilib və orada döyülərək və tazer vasitəsi ilə fiziki xəsarətlər yetirilməsi şəklində işgəncələrə məruz qalıb.

N.

Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılıb və 10 gün işgəncəyə məruz qalıb.

N.

Əhmədov Əli Kərimli və digər partiya üzvlərinin əleyhinə ifadə verməyə məcbur edilib.

9 may 2020-ci il tarixdə yenidən Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına gətirilib.

16 may 2020-ci ildə Niyaməddin Əhmədovun 30 sutkalıq inzibati həbs müddəti bitməli idi.

Ailəsi, qohumları, dostları və jurnalistlər Niyaməddin Əhmədovu saxlanmalı olan Binəqədi Müvəqqəti Saxlama Təcridxanasının çıxışında gözləsələr də, onunla görüşə bilməyiblər.

Media onun itkin düşməsi barədə yazıb.

Üç gündür Niyaməddin Əhmədovdan xəbər yox idi.

Yalnız 2020-ci il mayın 19-da Azərbaycan Respublikasının Baş Prokurorluğu Niyaməddin Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanmasını təsdiq edən cinayət işinin başlanması barədə məlumat yayıb.

Baş Prokurorluğun açıqlamasında Əhmədovun bəzi terror təşkilatlarını maliyyələşdirmək məqsədilə Almaniyada yaşayan həmkəndlisi Qabil Məmmədovdan pul aldığı bildirilir.

Oxşar Profillər