Xəbərlər

24 avqust saat 10:30-da, Rufat Safarovun Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək.

Hörümcək 22.08.2026 🕒 1 dəq oxuma

İctimai şəxsi həbs edəndən sonra onun nüfuzunu öldürməyə cəhd edirlər, bu, zalım tiranların üsuludur və təkcə bizim ölkədə müşahidə edilmir.

Məsələn, Rüfət həbs olunandan sonra ona ABŞ-da mükafat verildi, birdən-birə haradansa trollar axışıb bunu “xəyanət” kimi cilvələndirməyə başladı. Bununla da hakimiyyətin Rüfəti həbs etmə səbəbi bəlli oldu. Rüfətin mükafat alması hakimiyyəti narahat etdi və onu həbs etdi.

İndi də Türkiyədə Alparslan Kuytulu həbs edib əleyhinə “İran agenti” əks-təbliğatını aparırlar. Ərdoğanın Kuytulu həbs etmə səbəbi də aydındır. Kuytul Ərdoğanın xalqı din adı altında aldatdığını ifşa edirdi. Bu həftə imzalanmış Məkkə müqaviləsini də sərt tənqid etmişdi. Sonra həbs olundu. İndi onun da məhkəməsi olacaq.

Paylaş:

Əlaqəli Məqalələr