Xəbərlər

AXCP üzvü Bəhruz Həsənlinin Ukraynada saxlanıldığı bildirilir

Hörümcək 27.07.2026 🕒 1 dəq oxuma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Bəhruz Həsənlinin Ukraynada saxlanıldığı bildirilir.

Məlumata görə, o, Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Kiyevin Şevçenko rayon polis şöbəsində saxlanılır.

Bəhruz Həsənlinin 850 min ABŞ dollarını AXCP sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunduğu iddia edilir. Həsənli bu iddianı rədd edərək məlumatın uydurma olduğunu və saxlanılmasını qanunsuz saydığını bildirib.

Bəhruz Həsənli AXCP üzvüdür və bir neçə il əvvəl Əli Kərimlinin ictimai əsaslarla mühafizəsini həyata keçirib.

AXCP funksioneri Fuad Qəhrəmanlı hesab edir ki, bu saxlanılma Əli Kərimli ilə bağlı cinayət işinin genişləndirilməsi və yeni şəxslərin həmin işə cəlb edilməsi niyyətindən xəbər verir.

Hadisə ilə bağlı Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Paylaş:

Əlaqəli Məqalələr