“İşçi Masası”nın üzvü Elvin Mustafayev azadlığa çıxıb
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev avqustun 4-də cəza müddətini başa vuraraq azadlığa buraxılıb.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılmışdı. O, satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma maddəsi ilə ittiham olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, ittihamı qəbul etmir, narkotik vasitənin üzərinə qoyulduğunu və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.
“İşçi Masası” 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. Təşkilatın bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub.
Hazırda qurumun sədri Afiyəddin Məmmədov, üzvləri Ayxan İsrafilov və Möhyəddin Orucov həbsdədirlər. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi motivli olduğunu bildirirlər.
Mustafayevin yaxınlarının sözlərinə görə, Ayxan İsrafilovun da avqustun 11-də cəza müddətini başa vuraraq azadlığa çıxacağı gözlənilir.


