Xəbərlər

“QHT işi”: Prokuror iqtisadçı Qalib Bayramova 9 il şərti cəza istəyib

Hörümcək 19.08.2026 🕒 2 dəq oxuma

“QHT işi” üzrə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramov (Toğrul) üçün prokuror cəza tələb edib.

Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Qalib Bayramovun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib. 

Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci – cinayət yolu ilə əldə edilmiş əmlakın xeyli miqdarda leqallaşdırılması və 308-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində həbs deyil, polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İqtisadçı ittihamları qəbul etmir.

Qalib Bayramov daha əvvəl məhkəmədə gördüyü işlərin cinayət olmadığını bildirib və eyni fəaliyyəti həyata keçirən başqa şəxslərin məsuliyyətə cəlb edilmədiyini vurğulayıb. 

“QHT işi” çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri cinayət məsuliyyətinə cəlb olunublar. Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etmirlər. 

Paylaş:

Əlaqəli Məqalələr