Varşavada Azərbaycan hakimiyyətinə etiraz: Anar Məmmədliyə azadlıq tələb edildi
Varşavada Azərbaycan hakimiyyətinin nümayəndəsinin çıxışına etiraz edildi. Çünki insan hüquqlarından danışılan bir platformada hüquq müdafiəçilərinin səsi susdurulmamalı, onların tələbləri görməzdən gəlinməməlidir.
Oktyabrın 5-də ATƏT-in İnsan Haqları Ölçüsü konfransında İnsan Haqları Evi Fondunun təmsilçiləri Azərbaycan hakimiyyətindən saxta ittihamlarla 13 il həbs cəzasına məhkum edilən hüquq müdafiəçisi Anar Məmmədlinin azadlığa buraxılmasını tələb ediblər.
İnsan hüquqları beynəlxalq konfranslarda səsləndirilən bəyanatlarla deyil, ölkə daxilində bu hüquqlara nə dərəcədə hörmət olunması ilə ölçülür. Siyasi motivli həbslərə son qoyulmadan, hüquq müdafiəçiləri azadlığa buraxılmadan insan hüquqları ilə bağlı öhdəliklərdən danışmaq nə dərəcədə inandırıcıdır?
Anar Məmmədliyə azadlıq tələb etmək cinayət deyil. Ədalət tələb etmək susmaqdan daha vacibdir.
Zəhra Kələndərova


