Xəbərlər

AXCP fəalı Elmar Piriyev 10 sutka həbs edilib

Hörümcək 31.07.2026 🕒 2 dəq oxuma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Tovuz rayon şöbəsinin fəalı Elmar Piriyev inzibati qaydada 10 sutka müddətinə həbs olunub.

Partiyanın məlumatına görə, Elmar Piriyevin həbsinə sosial şəbəkələrdə paylaşdığı tənqidi fikirlər səbəb olub. Bildirilir ki, iyulun 27-dən etibarən fəalla əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra onun saxlanıldığı və barəsində inzibati həbs qərarı verildiyi məlum olub.

AXCP Elmar Piriyevin həbsini siyasi motivli təqib kimi qiymətləndirib.

Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla, 20-dən çox AXCP üzvü və fəalının həbsdə olduğu bildirilir. Partiya onların siyasi baxışlarına və fəaliyyətlərinə görə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında ölkədə 328 siyasi məhbusun olduğu qeyd edilir.

Azərbaycan hakimiyyəti isə siyasi motivli həbslərin mövcudluğu ilə bağlı iddiaları qəbul etmir. Rəsmi qurumlar həbs olunan şəxslərin siyasi baxışlarına görə deyil, konkret hüquq pozuntularına görə məsuliyyətə cəlb edildiyini bildirirlər.

Paylaş:

Əlaqəli Məqalələr