İnsan Hüquqları

Dövlət ittihamçısı Namizəd Səfərova 8 il həbs cəzası istəyib

admin • 19.11.2026 • 🕒 2 dəq oxuma

Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub və tərəflərin çıxışları mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxışında Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə iclası noyabrın 26-na təyin olunub.

Namizəd Səfərov 9 dekabr 2025-ci ildə saxlanılıb. Bir gün sonra – dekabrın 10-da Xətai Rayon Məhkəməsi onun barəsində ilkin olaraq dörd aylıq həbs qətimkan tədbiri seçib.

Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, prokurorun tələb etdiyi 8 illik həbs cəzası yekun hökm deyil. Namizəd Səfərov barədə qərarı məhkəmə tərəflərin çıxışları və son söz mərhələsindən sonra elan edəcək.

Paylaş:

Əlaqəli Məqalələr