Xəbərlər

Əli Xameneinin dəfn mərasiminin keçiriləcəyi tarix açıqlanıb

Hörümcək 13.06.2026 🕒 1 dəq oxuma

İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı tarix açıqlanıb.

Məlumata görə, Xameneinin vida mərasimi iyulun 4-5-də Tehran Mosalla kompleksində keçiriləcək. Daha sonra onun cənazəsinin Qum şəhərinə aparılacağı bildirilir.

Dəfn mərasimi üzrə qərargahın məlumatına əsasən, Xamenei iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq. Qeyd olunur ki, bu, onun vəsiyyətinə uyğun həyata keçiriləcək.

Bəzi məlumatlarda Xameneinin vəfatı ilə bağlı iddialar yayılıb. Hələlik bu barədə rəsmi mənbələrdən əlavə açıqlamalar gözlənilir.

Paylaş:

Əlaqəli Məqalələr