Köşə Yazısı

Yaltaqlıq üzərində qurulan hakimiyyətin sonu

admin 10.06.2026 🕒 3 dəq oxuma

Kamran Nəsirli

“Zülmün olduğu yerdə səssizlik də cinayətdir.”
— Jean-Paul Sartre

Tarix boyu avtoritar hakimiyyətlər özlərini yalnız polis, həbsrepressiya ilə deyil, həm də yaltaq və şəxsiyyətsiz kütlələrlə qorumağa çalışıblar. Antidemokratik yolla hakimiyyətini davam etdirən İlham Əliyev də özünə, tarixinə və kimliyinə hörmət etməyən çirkin bir dəstəni hara gedirsə, qarşısına çıxarır. Onların işi alqışlamaq, yaltaqlanmaqsaxta sevgi nümayiş etdirməkdir. Çünki diktatura rejimlərinin ayaqda qalması üçün məhz belə insanlar lazımdır.

İlham Əliyev də çox yaxşı bilir ki, onun qarşısına çıxarılan insanlar xalqın ləyaqətli hissəsini təmsil etmir. Onlar həmin kəndin, elin, obanın ən şəxsiyyətdən yoxsul insanları olur. Çünki azad düşüncəlivicdanlı insan heç vaxt İlham Əliyev kimi şəxsin qarşısında kor-koranə itaət nümayiş etdirməz.

Friedrich Nietzsche yazırdı: “Qulların ən təhlükəlisi öz zəncirini sevəndir.”

Bu sözlər bu gün bizim cəmiyyətin faciəsini təsvir edir. Çünki bəzi insanlar azadlıq uğrunda mübarizə aparmaq əvəzinə, onlara hökm edən sistemin bir parçasına çevrilirlər. Kimi vəzifə üçün, kimi pul üçün, kimi də qorxduğu üçün susur və yaltaqlanır.

Tarixdə bunun nümunələri çoxdur. 1937-ci il Stalin repressiyaları zamanı minlərlə insan yalnız diktatoru alqışlamaq üçün meydanlara çıxarılırdı. Eyni sistem sonra həmin insanların özünü də məhv etdi. Bu gün Əliyev rejimi də kimlikləri əzmək üçün əvvəlcə yaltaq kadrlar yetişdirir, sonra isə toplumların yaddaşını dəyişməyə, onlara yaltaqlıqitaət aşılamağa çalışır.

Stalin repressiyaları bunun ən qanlı nümunələrindən biri idi.

Sovet dönəmində də öz xalqının milli iradəsini satan, azadlıq ideallarına qarşı çıxan insanlar vardı. Əliheydər Qarayev kimi fiqurlar milli mübarizəyə qarşı çıxaraq işğalçı sistemin yanında yer aldılar. Bu gün də eyni düşüncə davam edir: hakimiyyətə sədaqət xalqın marağından üstün tutulur.

Halbuki Məhəmməd Əmin Rəsulzadə deyirdi:

“Bir kərə yüksələn bayraq bir daha enməz.”

Bu fikir yalnız dövlət bayrağı haqqında deyil, həm də insan ləyaqəti haqqındadır. Çünki ləyaqətini qoruyan xalq gec-tez qorxu sistemini aşır.

Hünər yaltaq və şəxsiyyətsiz bir kütlənin prezidenti olmaq deyil. Hünər demokratik prinsiplərə sadiq, azadləyaqətli bir cəmiyyətin etimadını qazanmaqdır.

Paylaş:

Əlaqəli Məqalələr