2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 FIFA Dünya Kubokunun ABŞ iqtisadiyyatına böyük maliyyə təsiri olacağı gözlənilir.
Analitiklərin hesablamalarına görə, turnir ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar həcmində gəlir gətirə bilər. Böyük futbol tədbiri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin gəlirlərinin artmasına, eləcə də bəzi şirkətlərin səhmlərinin bahalaşmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, milyardlarla azarkeşin diqqət mərkəzində olacaq turnir xüsusilə turizm, nəqliyyat, mehmanxana, pərakəndə satış və əyləncə sektorlarına müsbət təsir göstərəcək.
2026-cı il Dünya Kuboku tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin geniş coğrafiyada təşkili ev sahibi ölkələrdə infrastruktur layihələrinə və xidmət sahələrinə əlavə dinamika verəcək.


