Siyasət

Əraqçi: “Biz döyüş meydanında qalib gəlmişik”

Hörümcək 13.06.2026 🕒 1 dəq oxuma

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə münaqişə və regionda gərginliklə bağlı açıqlama verib.

O bildirib ki, İran münaqişədə üstünlük əldə edib və hazırda müharibəni dayandırmaq üçün ən əlverişli mərhələ yaranıb.

“Müharibəni bitirmək üçün ən yaxşı vaxt üstünlük əldə etdiyimiz zamandır. Biz döyüş meydanında həqiqətən qalib gəlmişik”, – deyə Əraqçi qeyd edib.

Nazir əlavə edib ki, Tehran mövcud vəziyyəti strateji üstünlük kimi qiymətləndirir və proseslərin diplomatik mərhələyə keçməsi üçün şəraitin yetişdiyini düşünür.

Paylaş:

Əlaqəli Məqalələr