
Tofiq Yaqublunun həbsxanada təzyiqlərlə üzləşdiyi bildirilir
Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir. Bu barədə siyasətçinin qızı Nigar Həzi sentyabrın 21-də sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, atasının həbsxanadakı vəziyyəti getdikcə ağırlaşır və ona qarşı təzyiqlər artır. “17 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublunun həyatı dözülməz, yaşanmaz həddə çatdırılıb. Təzyiqlər […]








