
Rüfət Səfərov məhkəmədə: “Tez və ya gec Azərbaycanda hüquq dövləti qurulacaq”
Müdafiə Xətti – Defense Line insan hüquqları təşkilatının əlaqələndiricisi, siyasi məhbus Rüfət Səfərovun 20 avqust 2026-cı il tarixdə apellyasiya məhkəməsində çıxışı: Azərbaycan hökumətinin siyasi əsiri olaraq inanıram ki, məruz qaldığım ittihamların saxtalığına şübhəniz yoxdur. Həm ibtidai, həm də məhkəmə istintaqı dövründə vəkillərim Elçin Sadıqov və Rövşanə Rəhimli yüksək peşəkarlıqla ittiham aktında göstərilən xüsusatları darmadağın etdilər. […]








