Müəllif

Hörümcək

18.06.2026

Müəllimə forma, cəmiyyətə susqunluq: avtoritar düşüncənin yeni mərhələsi

Azərbaycanın təhsil sistemində həll olunmalı onlarla ciddi problem olduğu halda, parlamentdə müəllimlərin geyiminin müzakirəyə çıxarılması cəmiyyətə verilən növbəti yanlış mesajdır. Müəllimin maaşı, sosial vəziyyəti, məktəblərin keyfiyyəti, gənclərin elmə marağı kənarda qalır, amma müəllimin pencəyi, kostyumu və görünüşü dövlət gündəminin əsas mövzusuna çevrilir. Bu təşəbbüslə çıxış edən deputat Ceyhun Məmmədov “müəllim nümunədir” deyir. Bəli, müəllim nümunədir. […]

Ətraflı oxu →
18.06.2026

Berlində Azərbaycanda həbs olunan qadın jurnalistlər və dini inanclı qadınlara dəstək aksiyası davam edir

Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycanda həbsdə olan qadın jurnalistlər, dini inanclı qadınlara dəstək məqsədilə aclıq aksiyası davam edir. Orxan Ağayev və Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyası zamanı iştirakçılar ölkədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. Həbs olunan qadınlara azadlıq tələb ediblər. Aksiya çərçivəsində bəzi iştirakçıların aclıq aksiyasına başladığı da bildirilib. Etirazçılar […]

Ətraflı oxu →
18.06.2026

Məhəmməd Mirzəli işi: Fransada çıxarılan hökm beynəlxalq rezonans doğurdu

Fransanın Rennes Assiz Məhkəməsi azərbaycanlı siyasi mühacir və bloqer Məhəmməd Mirzəliyə qarşı 2021-ci ildə baş vermiş hücum işi üzrə hökm çıxarıb. Qərar Avropada siyasi mühacirlərə qarşı zorakılıq və transmilli repressiya halları ilə bağlı ən ciddi məhkəmə qərarlarından biri kimi qiymətləndirilir. Beynəlxalq “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı məhkəmənin qərarını Avropa məkanında belə əməliyyatların cəzasız qalmayacağına dair “güclü […]

Ətraflı oxu →
18.06.2026

Boşanan ailələr, dağılan ümidlər: sosial böhranın arxasında kim dayanır?

Azərbaycanda ailə statistikası artıq sadəcə rəqəmlər deyil, cəmiyyətin içində böyüyən sosial böhranın göstəricisinə çevrilib. 2026-cı ilin ilk 4 ayında 11 min 422 nikahın qarşılığında 6 min 443 boşanmanın qeydə alınması ölkədə ailələrin nə qədər ağır sınaqlarla üzləşdiyini göstərir. Rəsmi rəqəmlər soyuq görünə bilər, amma onların arxasında minlərlə ailənin dağılmış həyatı, yarımçıq qalan planları və gələcəyi […]

Ətraflı oxu →
18.06.2026

ABŞ və İran sülh memorandumu imzalayıb: atəşkəs, Hörmüz boğazının açılması və böyük maliyyə paketi nəzərdə tutulur

ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan memorandum imzalanıb. Məlumata görə, sənədi ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzalayıb. Tramp sənədə Fransada keçirilən G7 sammiti çərçivəsində imza atıb, daha sonra razılaşmanın surəti təsdiq üçün İran tərəfinə göndərilib. Fransa Prezidenti Emmanuel Makronun yaydığı videoda Trampın sənədi imzalayarkən […]

Ətraflı oxu →
17.06.2026

“Human Rights Watch” Rüfət Səfərovun həbsinə görə Azərbaycan hakimiyyətini tənqid etdi

Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch hüquq müdafiəçisi Rüfət Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin davamı kimi qiymətləndirib. Təşkilatın yaydığı bəyanatda bildirilib ki, Səfərovun həbs olunması ölkədə onsuz da ciddi məhdudiyyətlərlə üzləşən müstəqil hüquq müdafiəsi fəaliyyətinə növbəti zərbədir. “Human Rights Watch” qeyd edib ki, hüquq müdafiəçisinin həbsinin nüfuzlu […]

Ətraflı oxu →
17.06.2026

“Amnesty International” Nərgiz Absalamovanın səhhəti ilə bağlı İlham Əliyevə müraciət kampaniyasına başladı

Beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International” həbsdə olan “Abzas Media” jurnalisti Nərgiz Absalamovanın səhhəti ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan beynəlxalq məktub kampaniyasına başlayıb. Təşkilat yaydığı bəyanatda bildirib ki, jurnalist artıq dörd aydır tibbi müayinədən keçirilməyib və onun sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq artır. “Amnesty International” Azərbaycan hakimiyyətini Nərgiz Absalamovanın lazımi tibbi yardımla təmin […]

Ətraflı oxu →
17.06.2026

Əli Kərimlinin France 24 müsahibəsi hakimiyyətin sərt reaksiyasına səbəb oldu – telefon hüququ məhdudlaşdırılıb

AXCP sədri Əli Kərimli saxlanıldığı DTX təcridxanasında təzyiqlərlə üzləşdiyini bildirib. O, ailəsinə göndərdiyi açıqlamada iddia edib ki, xarici mediaya müsahibə verməsindən sonra saxlanma şəraiti ağırlaşdırılıb və ailəsi ilə telefon əlaqəsi saxlamaq hüququ məhdudlaşdırılıb. Əli Kərimlinin ailəsinin məlumatına görə, siyasətçi son günlər artıq ikinci dəfədir ki, telefon danışığı hüququndan istifadə edə bilmir. O, iyunun 16-da vəkili […]

Ətraflı oxu →
17.06.2026

“QHT işi”: Asəf Əhmədova 8 il həbs cəzası verildi

“QHT işi” çərçivəsində təqsirləndirilən Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov barəsində hökm çıxarılıb. İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, Asəf Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədən əvvəl dövlət ittihamçısı İxtiyar Şabanov çıxış edərək Asəf Əhmədovun 10 il müddətinə həbs edilməsini istəyib. […]

Ətraflı oxu →
17.06.2026

“Bu rejimlə mübarizə aparmaq bizim taleyimizə düşüb” – Anar Ərkivandan sonra sərt mesaj

Azərbaycanda siyasi mühit, insan haqları və ifadə azadlığı ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Siyasi fəal Anar Ərkivanla bağlı baş verənlər fonunda səslənən tənqidi fikirlər ölkədə azad söz və fərqli düşüncəyə münasibətlə bağlı müzakirələri artırıb. Siyasi fəallar bildirirlər ki, illərdir davam edən idarəçilik modeli cəmiyyətdə tənqidə, müxalif fikrə və ictimai fəallığa qarşı dözümsüz münasibətin formalaşmasına […]

Ətraflı oxu →