
“Birgə daha güclüyük” – haqqımızı itirməmək üçün çağırış
Mən bu gün bu sətirləri sadəcə bir jurnalist kimi yox, həm də illərdir izlədiyim ağrılı həqiqətlərin içindən keçən bir insan kimi yazıram. Çünki artıq susmaq nə peşəkarlıqdır, nə də vicdanla uzlaşır. “Azerwatch”, “Caspianwatch” və “NO-ID Journalism” kimi yeni media təşəbbüslərini elan edərkən məqsədimiz sadədir: görünməyənləri görünən etmək, eşidilməyənləri eşitdirmək və susdurulanların səsini bir az da […]








