
Tula vilayətində PUA hücumu nəticəsində 3 nəfər ölüb
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın bir sıra bölgələrinə hücum etdiyi bildirilir. Rusiya rəsmilərinin məlumatına görə, Tula vilayətində baş verən PUA hücumu nəticəsində 3 nəfər həyatını itirib. Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, gecə saatlarında baş verən hücum zamanı Yamnı, Maslovo, Mixalkovo və İnşinski yaşayış məntəqələrində fərdi evlərə və kommersiya obyektlərinə ziyan dəyib. […]








