Müəllif

Hörümcək

06.08.2026

Bəhruz Səmədovun səhhəti ilə bağlı narahatlıq: Gözlərinin görmə qabiliyyətinin kəskin pisləşdiyi bildirilir

Siyasi şərhçi Bəhruz Səmədovun səhhəti ilə bağlı narahatlıqlar artır. Bu barədə ictimai fəal Rüstəm İsmayılbəyli paylaşım edərək bildirib ki, Bəhruz Səmədov Umbakı qəsəbəsində yerləşən penitensiar müəssisəyə köçürüldükdən sonra kiçik, qaranlıq və televiziyası olmayan kamerada saxlanılır. Onun sözlərinə görə, uzun illər yazı fəaliyyəti ilə məşğul olması səbəbindən onsuz da zəif olan görmə qabiliyyəti həbs şəraitində daha […]

Ətraflı oxu →
04.08.2026

Beynəlxalq təşkilat Aytac Tapdığın səhhəti ilə bağlı təcili çağırış edib

London mərkəzli “Human Rights Solidarity” təşkilatı Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdığın səhhətinin ağırlaşması ilə bağlı bəyanat yayıb. Təşkilat bildirib ki, jurnalist uzun müddətdir nəfəs darlığından əziyyət çəkir və saxlanıldığı müəssisədəki şərait onun sağlamlıq problemlərini daha da kəskinləşdirir. Bəyanata görə, Bakı İstintaq Təcridxanasının yüksək rütubətli ərazidə yerləşməsi Aytac Tapdığın nəfəs almaqda çətinlik çəkməsinə səbəb […]

Ətraflı oxu →
04.08.2026

“İşçi Masası”nın üzvü Elvin Mustafayev azadlığa çıxıb

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev avqustun 4-də cəza müddətini başa vuraraq azadlığa buraxılıb. Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılmışdı. O, satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma maddəsi ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə […]

Ətraflı oxu →
04.08.2026

İlqar Məmmədov Prezidentə müraciət edib: “Siyasi fəaliyyətimə görə xəbərdarlıq edilir”

REAL Siyasi Komitəsinin üzvü İlqar Məmmədov Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb. Məmmədov bildirib ki, son vaxtlar onun siyasi fəaliyyətini dayandırmağa yönəlmiş “xəbərdarlıq” xarakterli açıqlamalar səsləndirilir və bu məsələyə dövlət başçısının münasibət bildirməsini istəyir. Siyasətçi qeyd edib ki, ölkədə Prezidentin xəbəri və razılığı olmadan belə xəbərdarlıqların edilməsinin mümkün olub-olmadığını aydınlaşdırmaq istəyir. “Ölkədə dövlət başçısının razılığı […]

Ətraflı oxu →
02.08.2026

Həbsdə olan jurnalist Ramin Deko: “Biz dörd nəfər idik, indi birimiz həbsdə, birimiz qəbirdə, birimiz sürgündədir”

Meydan TV-nin həbsdə olan jurnalisti Ramin Deko (Cəbrayılzadə) 1 saylı Bakı İstintaq Təcridxanasından yazdığı növbəti məqalədə dörd dostunun həyat hekayəsi üzərindən Azərbaycanda gənclərin arzuları, sosial reallıq və siyasi mühiti təsvir edib. “Biz dörd kişiydik. M., S., B., D. İndi pərən-pərən düşmüşük. Birimiz həbsdə, birimiz qəbirdə, birimiz sürgündə, biri də sürücülük edir”, – deyə müəllif yazısına […]

Ətraflı oxu →
31.07.2026

AXCP fəalı Elmar Piriyev 10 sutka həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Tovuz rayon şöbəsinin fəalı Elmar Piriyev inzibati qaydada 10 sutka müddətinə həbs olunub. Partiyanın məlumatına görə, Elmar Piriyevin həbsinə sosial şəbəkələrdə paylaşdığı tənqidi fikirlər səbəb olub. Bildirilir ki, iyulun 27-dən etibarən fəalla əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra onun saxlanıldığı və barəsində inzibati həbs qərarı verildiyi məlum olub. AXCP Elmar Piriyevin […]

Ətraflı oxu →
31.07.2026

Abid Qafarov: “Qazi məsələsinə seçici yanaşmaq səmimi mövqe deyil”

Jurnalist Abid Qafarov sosial şəbəkədə etdiyi paylaşımda qazi statusuna münasibətdə seçici yanaşmanın doğru olmadığını bildirib. O qeyd edib ki, hazırda həbsdə olan Tofiq Yaqublu, Ruslan İzzətli və Hacı Vəliyevin də qazi olduqlarını xatırladaraq, onların niyə eyni həssaslıqla müdafiə olunmadığı sualını ünvanlayıb. Qafarovun sözlərinə görə, problem ayrı-ayrı şəxslərdə deyil, yalnız müəyyən hallarda qazi statusunu ön plana […]

Ətraflı oxu →
30.07.2026

Hacı Alamdar Bünyatova qarşı “İran” ittihamı ilə qaralama kampaniyası başladılıb

Hacı Alamdar Bünyatovun Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla dialoqundan sonra ona qarşı hakimiyyətə yaxın media resurslarında və sosial şəbəkələrdə hücum kampaniyasının başladığı bildirilir. Bünyatov görüş zamanı Nardaran hadisələri, “Sea Breeze” layihəsi, həbsdə olan jurnalistlər və qadın məhbuslarla bağlı suallar səsləndirib. Onun çıxışını şərh edən jurnalist Abid Qafarov bildirib ki, Bünyatov […]

Ətraflı oxu →
30.07.2026

Məcburi iməcilikdə öldüyü iddia olunan gəncin anası da intihar edib

Naxçıvanın Ordubad rayon sakini, 25 yaşlı Elvar Babayevin məcburi iməcilik zamanı günvurmadan öldüyü, anası Fatimə Babayevanın isə bu hadisədən bir gün sonra intihar etdiyi iddia olunur. Yaxınlarının sözlərinə görə, hadisə baş verən gün havanın temperaturu 40 dərəcəni keçməsinə baxmayaraq, Elvar Babayev açıq havada işləməyə məcbur edilib. Bildirilir ki, o, səhhətində problemlər olduğunu əsas gətirərək iməciliyə […]

Ətraflı oxu →
29.07.2026

İyulun 30-da bir sıra siyasi fəalların məhkəmə prosesləri keçiriləcək

İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə ictimai-siyasi fəalın işi üzrə məhkəmə iclasları keçiriləcək. Məhkəmə cədvəlinə əsasən, Seçki Müşahidə Alyansının rəhbəri Bəşir Süleymanlının məhkəmə prosesi saat 11:30-a təyin olunub. Jurnalist Kenan Basqalın işi üzrə məhkəmə iclası saat 14:15-də keçiriləcək. Azərbaycan Xalq Partiyasının sədri Namizəd Səfərovun məhkəmə prosesi saat 17:00-da baş tutacaq. Jurnalist Məmməd Alpayın […]

Ətraflı oxu →